“Silk Way Technics” 2006-cı ilin mart ayında Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən “Silk Way Airlines” MMC-nin filialı kimi təsis edilmişdir.

2012-ci ildə bütün müasir tələblərə cavab verən 16.000 kvadrat metrlik anqarın tikintisi başa çatdıqdan sonra “Silk Way Technics” artıq 10 dar və ya 5 enli korpuslu təyyarəyə eyni zamanda xidmət etmək qüvvəsinə malikdir.

“Silk Way Technics” Embraer 170/190, A340-500 və B747-400F üçün operativ texniki xidmət icazəsinə malik olmaqla yanaşı, 2014-cü ildə A319/320, B757 və B767 üçün EASA Part 145 əsas və texniki xidmət sertifikatı da almışdır.

“Silk Way Technics ” o cümlədən Bermuda DCA, Qatar CAA və Azərbaycan CAA icazələrinə də malikdir. “Silk Way Technics” bütün “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin donanmasına, o cümlədən “Silk Way”, “Silk Way West Airlines”, və “Silk Way Business Aviation” üçün texniki və mühəndis xidmətləri, həmçinin Qatar Hava Yolları, Aeroflot və Air Astana kimi Heydər Əliyev Hava Limanına gələn bütün təyyarələrə texniki yardım göstərir.





“Silk Way Technics” aşağıda qeyd edilən EASA Part 145 Operativ Texniki Xidməti İcazəsinə malikdir
- A319/320
- A340-500
- B757
- B767
- B747-400F
- Embraer 170/190, , tezliklə əlavə olunacaq
- B747-8F, and
- B787

“Silk Way Technics” müştərilərinə ancaq Baza və Operativ Texniki Xidmət sahələrində deyil, həmçinin - Təkər sexi
- Qeyri-destruktiv sınaq işləri
- Batareya sexi
- Təcili yardım avadanlığı sexi
- Kabinə interyeri sexi
- Boya sexi
- Kompozit təmir və struktur sexləri

Üzrə xidmət göstərir.
Illər ərzində əldə edilən təcrübə və bacarıq “Silk Way Technics” -ın müasir avadanlığı ilə birlikdə, bütün həm operativ və texniki, həm də planlı və ya növbədənkənar xidmətin səmərəli və effektiv olacağına təminat verir.





Bütün müasir tələblərə cavab verən anqarı və geniş çeşiddəki alət və avandanlığı, o cümlədən 2.500 kvadrat metrlik anbarı və ən əsası yüksək ixtisaslı və təcrübəli işçi heyəti hesabına “Silk Way Technics” ən yüngül “C” səviyyəsindən ən ağır “D” səviyyəsinə qədər bütün baza texniki xidmətlərini həyata keçirir.
Hal hazırda “Silk Way Technics” aşağıdakı növ baza texniki xidmətlərini həyata keçirmək üçün EASA və Azərbaycan CAA sertifikatlarına malikdir:

EASA Part 145:
- A319/320
- B757
- B767

2015-2016-cı illərdə “Silk Way Technics” aşağıda göstərilən icazə sənədlərini də əldə etməyi planlaşdırır:
- A340-500
- B747-400
- Embraer 170/190
- B747-8F
- B787


Əlaqə:
“Silk Way Technics”
Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı, AZ 1044, Azərbaycan
Telefon: +994 (12) 437-47-97
Faks: +994 (12) 437-47-98
E-mail: info@swt.az
İnternet səhifə: www.swt.az

Təşkilatı icazə / Sertifikatlar

Şirkətin müvafiq aviasiya səlahiyyətli orqanlarından aldığı aşağıdakı İstismar Xidməti İcazələri var:
• • Avropa Aviyasiya Təhlükəsizliyi Agentliyinin ASA Part 145 İcazə Sertifikatı - Ref.# 145.0510.
• • Azərbaycan Dövlət Vətəndaş Aviyasiyası İdarəsinin ASCAA Part 145 İcazə Sertifikatı - Ref.# MRO-001.
• • Bermuda Vətəndaş Aviyasiyası Səlahiyyətli Orqanının BDCA İcazə Sertifikatı - Ref.# BDA/AMO/410.
• • Qatar Dövlət Vətəndaş Aviyasiyası Səlahiyyətli Orqanının QCAA - Ref.# QCAA/FAMO/131.

SilkWay Technics SilkWay Technics SilkWay Technics SilkWay Technics